Erməni ailədən ŞOK ADDIM : Özünü azərbaycanlılar kimi təqdim edib sığınacaq almaq istəsələr də, İFŞA OLUNDU
AZIA.az xəbər verir ki, əslən Ermənistandan olan Mkrtçyanlar ailəsi ölkədə oturum izni almağı sürətləndirmək üçün qəsdən özlərini Azərbaycandan gəlmiş Həsənovlar kimi təqdim edib.
Almaniyada erməni ailəsinin sığınacaq almaq üçün istifadə etdiyi fırıldağın üstü açılıb.
Ana, ata və 3 azyaşlı uşaqdan ibarət ailə Almaniya rəsmilərinin Azərbaycana, yaxud Ermənistana məsələ ilə bağlı müraciətlərinin uğursuzluqla bitməsinə ümid ediblər. Lakin Azərbaycandan gələn cavab erməni ailəsinin fırıldağının üstünü açıb.
Hazırda Mkrtçyanlar ailəsinin Almaniyanın Vorms şəhərindən vətənlərinə deportasiya olunacaqları xəbər verilir.