Azia.az xəbər verir ki, Sevgilisini efirdə döydü, “O adam sənə toxunub?”
Buna səbəb isə Andrey eşq yaşadığı xanımı müsabiqənin digər üzvünə qısqanması olub. Rusiyanın TNT kanalında yayımlanan “Dom 2” realiti şousunda yenə gərgin anlar yaşanıb. 34 yaşlı iştirakçı Andrey Şabarin yarışmada sevgilisi Rozaliya Rayson şiddət göstərib.
Rozaliyaya “O adam sənə toxunub?” deyə sual ünvanlanıb. Xanım iştirakçının sualı cavabsız qoyması qarşı tərəfi özündən çıxarıb. Andrey Rozaliyanın üstünə hücum çəkərək döyməyə başlayıb.
Onun bu addımından sonra kanal rəhbərliyi iştirakçını realiti şoudan uzaqlaşdırıb. Bunan sonra Rozaliya da sevgilisini bağışladığını, proqramdan getmək istədiyini bildirib. Təşkilatçılar isə onun bu istəyinə qarşı çıxmayıblar.
Aybəniz Abdulova