azia.az
azia.az

"Şəhid verməklə, Azərbaycanın bütövlüyünü təmin etmişiksə, ona görə qəmgin not normaldır”

6-11-2018, 08:23

Nailə Mirməmmədli: Himnimiz bədbindir
"Şəhid verməklə, Azərbaycanın bütövlüyünü təmin etmişiksə, ona görə qəmgin not normaldır”

Ötən gün Milli Məclisdə deputat Tahir Kərimli himnimizlə bağlı səsləndirdiyi iradlar sosial şəbəkədə birmənalı qarşılanmayıb.

Onun himnimizin çox bədbin və uzun olduğunu qeyd etməsi müzakirə yaradıb.

Minval.İnfo bildirir ki, oxu.az məsələ ilə bağlı Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədlinin fikirlərini öyrənib.

Sənətçi saytımıza açıqlamasında Tahir Kərimliyə dəstək verərək, himnimizin bədbin notlara kökləndiyini söyləyib.

“Əslində, bu himni Üzeyir Hacıbəyovla Əhməd Cavad 1918-ci ildə şəhid olan azərbaycanlılara həsr edib. Bu, himn kimi yazılmayıb. Ona görə də, Üzeyir bəy burada minor ab-havası verib. O, “Xalq musiqisinin əsasları” kitabında qeyd edir ki, bayatı-şiraz qəmginlik gətirən musiqidir. Onun çox gözəl digər himni də var, ancaq o sovet dövründə olan Azərbaycana aiddir. Mən də həmişə fikirləşmişəm ki, bu, şəhidlərə aiddir. Biz əgər şəhid verməklə, Azərbaycanın bütövlüyünü təmin etmişiksə, ona görə qəmgin not normaldır”, – deyə bəstəkar bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi