azia.az
azia.az

Putin AZAL təyyarəsinə görə İlham Əliyevdən üzr istədi - VİDEO

Bu gün, 16:55

Xəbər verdiyimiz kimi Düşənbədə, Kohi Somon iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü keçirilir.

 

 Rusiya mətbuatına istinadən xəbər verilir ki, Putin İlham Əliyevə görüşə AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı vəziyyətin müzakirəsi ilə başlamağı təklif edib.

 

O, İlham Əliyevlə söhbətində AZAL təyyarəsi ilə baş vermiş faciənin Rusiyanın hava məkanında yaşandığına görə üzr istədiyini xatırladıb.

 

Putin görüş zamanı İlham Əliyevə AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə ən səmimi başsağlığını bir daha ifadə edib.

 

Kremlin sahibi AZAL təyyarəsinin qəzaya uğramasını o cümlədən havada Ukrayna pilotsuz uçuş aparatının olması ilə əlaqələndirib.

 

Rusiya Prezidenti dəqiqləşdirib ki, AZAL təyyarəsi ilə bağlı faciənin baş verdiyi gün Rusiya sərhədini keçmiş üç Ukrayna pilotsuz uçuş aparatı olub.

 

Putin bildirib ki, Rusiyanın HHM sistemi tərəfindən buraxılmış iki raket AZAL təyyarəsini birbaşa vurmayıb, bir neçə metr aralıda partlayıb.

 

Putinin sözlərinə görə, AZAL təyyarəsinin ekipajına Mahaçqalada eniş etmək təklif olunub, lakin ekipaj bazalandığı hava limanına yönəlmək qərarı verib.

 

“AZAL təyyarəsinin qəzaya uğramasının səbəbləri baş verənlərin diqqətlə təhlilindən sonra aydın olub”, – deyə Putin İlham Əliyevlə görüşdə bildirib.

 

O, qeyd edib ki, Rusiya AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verəcək: "AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyətə qəti nöqtə qoymaq üçün zaman lazımdır".

 

Putinin sözlərinə görə, Rusiya AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı kompensasiyalar məsələsində lazım olan hər şeyi edəcək.

 

Rusiya prezidenti bildirib ki, AZAL təyyarəsinin qəzaya uğramasının səbəbləri barədə onu iki gün əvvəl məlumatlandırıblar.

 

Putin İlham Əliyevə deyib ki, görüşdən əvvəl Moskvaya zəng edib və AZAL təyyarəsinin qəzası ilə bağlı istintaq üzrə əlavə detalların olub-olmadığını soruşub.

 

 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi