azia.az
azia.az

Tramp kiberhücumlarla bağlı xüsusi plan hazırlayacaq

22-11-2016, 10:03

Tramp kiberhücumlarla bağlı xüsusi plan hazırlayacaqABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilk 100 gündə atacağı addımlarla bağlı videomüraciət yayıb

Lent.az-ın xəbərinə görə, D. Tramp bildirib ki, seçkiqabağı şüarında nəzərdə tutulduğu kimi, Amerikanı yenidən qüdrətli dövlətə çevirmək üçün onun keçid komandasında çalışan vətənpərvər insanlar çox effektiv işləyir. O, başlıca məqsədinin yeni iş yerləri yaradılması və işçilərin rifahının təmin edilməsi olduğunu vurğulayıb.

D. Tramp vəzifəsinin icrasına başladıqdan sonra dərhal kibertəhlükəsizliyin təmin olunması barədə plan hazırlanacağını açıqlayıb: “Mən Pentaqon və Silahlı Qüvvələrin qərargah rəisləri komitəsinin rəhbərindən xahiş edəcəyəm ki, Amerikanın vacib infrastrukturunun kiber və digər xarakterli hücumlardan müdafiəsi üçün ətraflı plan hazırlasınlar”.

Xatırladaq ki, seçki ərəfəsində ABŞ Demokrat Partiyasının serverlərinə haker hücumları baş verib. ABŞ kəşfiyyat orqanları bu hadisədə Rusiyanı günahlandırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi