azia.az
azia.az

Şəhidin banka olan borcu bağlandı- Birinci vitse-prezident işə qarışdı

22-06-2017, 16:40

Şəhidin banka olan borcu bağlandı- Birinci vitse-prezident işə qarışdı


Xətai rayon məhkəməsində qaldırılan iddia əsasında cavabdeh qismində məhkəməyə çağırılan şəhidimiz Xaliq Əzizzadənin ailəsinin banka olan borcu bağışlandı.
azia.az xəbər verir ki, bu barədə Millət Vəkili Qənirə Paşayeva bildirirb. "Para" BOKT ASC- yə və idarə heyətinin sədri Vəli Quliyevə təşəkkür edən millət vəkili Şəhid qardaşımız Xaliq Əzizzadənin ailəsinin banka olan bütün borclarının bağışlanıldığını və bununla bağlı sənədlərin şəhidimizin anasına və atasına verildiyini bildirib.
"Ölkəmizin 1-ci Vitse Prezidenti Mehriban xanım Əliyevaya xüsusi təşəkkür edirik. Mehriban xanımın Köməkçisi Anar Ələkbərov zəng edib şəhid anamızla danışdı və dedi ki şəhid ailələri Mehriban xanımın xüsusi diqqətindədir və ailənin qayğıları ilə maraqlanıb hər zaman yanınızdayıq dedilər. Mehriban xanıma hər zaman olduğu kimi bu cür həssas yanaşması üçün təşəkkür edirik.İndi təşkilatdayıq sənədlər ailəyə verildi"-deyə Qənirə Paşayeva qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi