Türkiyənin Manisa şəhərində yerləşən hərbi hissədə 50-yə yaxın əsgər zəhərlənmə şübhəsi ilə xəstəxanalara yerləşdirilib.
“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, axşam yeməyindən sonra əsgərlərin halı psiləşib.
Dərhal həkimlərə məlumat verilib. İlkin tibbi yardımdan sonra əsgərlər xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, ötən ay da Manisada 2 ayrı hərbi hissədə zəhərlənmə faktı baş verib. 23 mayda baş verən hadisədə 1046 əsgər zəhərlənmiş və onlardan biri ölmüşdü. 27 mayda baş verən zəhərlənmə hadisəsində isə 70 əsgər xəstəxanaya yerləşdirilmişdi.
Beləliklə, son 25 gündə Manisada hərbi hissələrdə baş verən 3 zəhərlənmə hadisəsində 1246 əsgər zəhərlənib, 1 əsgər ölüb.