Qvineya-Bisau Prezidenti Bakıdadır - FOTOLAR
Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo Azərbaycana rəsmi səfərə gəlib.
Xəbər verilir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb
Qvineya-Bisau Prezidentini hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.