Yasamalda yerləşən köhnə ağaclıq ərazi abadlaşdırılır, daha bir park salınır
Bakının Yasamal rayonunda yerləşən köhnə ağaclıq ərazi abadlaşdırılır, daha bir park salınır.
Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti həmin 5 hektarlıq ərazidə 161 ədəd qurumuş və qəzalı vəziyyətdə olan ağaca rəy verib:
"Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi ərazidən götürüləcək 161 quru ağacın yerində iqlimə xas 300-ə yaxın müvafiq cinsli tinglərin əkilməsi prosesinə başlayacaq. Hazırda qurumun əməkdaşları müvafiq orqanın verdiyi rəylərə uyğun olaraq qurumuş ağacların götürülməsi prosesini həyata keçirir".
Vurğulanıb ki, ərazidə abadlaşdırma işləri aparılacaq və velosiped yolları, uşaq oyun meydançaları və s. nəzərdə tutulan park qurulacaq:
"Heç bir tikinti fəaliyyətindən söhbət gedə bilməz".