azia.az
azia.az

17 beynəlxalq ekspert təyyarə qəzasını araşdırmaq üçün Aktaudadır-RƏSMİ

29-12-2024, 14:04

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) aviasiya hadisələrinin araşdırılması bölməsinin rəhbəri Tormodur Tormodson “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğrama səbəblərini müəyyən etmək üçün Aktauya gəlib.

Bu barədə “Report” Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

"ICAO-nun baş katibinin tapşırığı ilə Aktau şəhərinə akkreditə olunmuş müşahidəçi - aviasiya hadisələrinin araşdırılması bölməsinin rəhbəri Tormodur Tormodson gəlib", - nazirliyin məlumatında bildirilib.

Qeyd edilib ki, ICAO Qazaxıstanın aviasiya orqanlarının fəaliyyətini, araşdırmanın aparılmasında açıqlığını və maraqlı dövlətlərin cəlb olunmasını yüksək qiymətləndirib.

"Beləliklə, 17 beynəlxalq ekspertin hamısı Aktaudadır", - məlumatda vurğulanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi