Hakerlər bu ölkənin rəsmi SAYTLARINI İFLİC ETDİ-TƏCİLİ
Rusiyalı hakerlər İtaliyada Xarici İşlər Nazirliyinin və iki Milan hava limanı da daxil olmaqla, onlarla rəsmi qurumun internet saytına hücum edərək, onları sıradan çıxarıblar.
Xəbər verilir ki, məlumatı Reuters ölkənin kibertəhlükəsizlik agentliyinə istinadən yayıb.
Məlumata görə, Rusiyayönlü haker qrupu No name 057(16) Telegram-da kiberhücum elan edərək, İtalyanların "rusofobların layiqli kiber cavab aldığını" yazıblar.
Bu hücumlarda hakerlər şəbəkəni iflic etmək üçün qeyri-adi böyük həcmdə məlumat trafiki ilə doldurmağa çalışırlar. Departament sözçüsü, agentliyin hədəfə alınan qurum və firmalara sürətli yardım göstərdiyini və hücumun təsirinin iki saatdan az müddətdə “azaldıldığını” deyib. Musavat.com