Bu gün Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib.
Strateq.az Palataya istinadən xəbər verir ki, iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sığortası üzrə gəlirlərin və xərclərin icrası, eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliy yanında “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabat müzakirə olunub.
İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq edilib.
Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.