azia.az
azia.az

Daha bir erməni Bakını dəstəklədi : Video , Foto

6-06-2017, 08:28

Daha bir erməni Bakını dəstəklədi : Video , Foto


Ermənistan- Azərbaycan Sülh Platformasına qoşulmuş Oksana Altunyan iki xalq arasında sülhün bərqərar olmasını istəyənlərin hamısını bu təşəbbüsü dəstəkləməyə çağırıb.
Avropa.info xəbər verir ki, bu barədə Platformanın saytı məlumat yayıb.
İnformasiyaya əsasən, Oksana Altunyan öz fikirlərini ictimaiyyətlə, Ermənistan-Azərbaycan Sülh Platformasının-koordinatoru Orxan Nabiyev vasitəsilə, video-müsahibə şəklində bölüşməyə qərar verib.
Müsahibə zamanı, Oksana Altunyan Bakı şəhərində yaşadığı dövrdə etnik, dini fikir ayrılıqlarının və təqiblərin olmadığını bildirib. Əksinə, Oksana Altunyan o vaxt iki xalq arasında dostluğun və qarşılıqlı hörmətin mövcud olduğunu xatırladıb.
Müsahibədə O.Altunyan, həmçinin Ermənistan- Azərbaycan Sülh Platformasını dəstəklədiyini bəyan edib və iki xalq arasında sülhün bərqərar olmasını istəyənlərin hamısını bu təşəbbüsü dəstəkləməyə çağırıb.


Daha bir erməni Bakını dəstəklədi : Video , Foto


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi