spaniyanın sahil mühafizəsi Aralıq dənizində şimali Afrikadan gələn 173 miqrantı xilas edib.
azia.az report.az-a istinadən bildirir ki, bununla bağlı ölkənin Dənizdə Xilasetmə Xidməti məlumat yayıb.
Belə ki, Mərakeş hökuməti İspaniyaya qeyri-leqal miqrantları daşıyan gəminin Aralıq dənizinin ən ucqar qərb hissəsindəki Alboranda olması barədə məlumat verib. Bundan sonra həmin ərazidə daha 4 miqrant gəmisinin olduğu müəyyən edilib.
Qayıqlarda ümumilikdə 173 nəfər olub. Onların hamısı Almeriya və Motril limanlarına (Andalusiya Muxtar Birliyi) çatdırılıblar.