azia.az
azia.az

Filippində ticarət mərkəzi partladıldı: 34 ölü - Video

2-06-2017, 08:00

Filippində ticarət mərkəzi partladıldı: 34 ölü - Video


Filippinin paytaxtı Manilada “Resorts Vorld Manila” ticarət mərkəzində partlayış baş verib.

Axar.az xəbər verir ki, şahidlər olay yerindən silah səsləri gəldiyini də bildiriblər.

Hava Limanına yaxın yerdə yerləşən bina xüsusi təyinatlı polis qüvvələri tərəfindən mühasirəyə alınıb.

Hadisə nəticəsində ən azı 25 nəfərin yaralandığı deyilir.

***

Filippinin paytaxtı Manilada silahlı insident baş vermiş "Resorts Vorld Manila" ticarət mərkəzində 34 nəfərin meyiti aşkar olunub.

Yanğınsöndürənlərin məlumatına əsasən, ölənlərin əksəriyyəti otelə hücum edən naməlum şəxsin törətdiyi yanğın nəticəsində boğulub. İnsident zamanı, həmçinin 54 nəfər dəm qazından zəhərlənib.

Polisin məlumatına görə, tüfənglə silahlanmış cinayətkar “Resorts World Manila” otel kompleksinə hücum edərək kazinonu qarət etməyə cəhd edib. Kazinoya daxil olan qarətçi zaldakı oyun masalarına od vurub, nəticədə binada güclü yanğın baş verib.

Hücum edən şəxs özünə qəsd etdiyi bildirilir, digər məlumatlara əsasən isə polis tərəfindən öldürülüb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi