“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovanı universitetdə ziyarət edərək, onu doğum günü münasibətilə təbrik edib.
QHT.az xəbər verir ki, təşkilat sədri Qərbi Azərbaycanla bağlı həyata keçirilən layihələrin icrasında göstərdiyi dəstəyə görə Mahirə xanım Hüseynovaya təşəkkür edib. Professor Mahirə Hüseynovanın dövlətlə və vətənlə bağlı işlərdə hər zaman ürəklə iştirak etdiyini və dəstək verməyə hazır olduğunu bildirib.
Professor Mahirə Hüseynovaya Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsində göstərdiyi əhəmiyyətli töhfələrə və “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinə verdiyi dəstəyə görə Fəxri Fərman təqdim edilib.