azia.az
azia.az

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” mövzusunda YYSİB-nin yeni kulturoloji layihəsi

26-10-2024, 11:51

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi “Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” adlı növbəti üçaylıq kulturolojilayihəsini reallaşdırır.

 Oktyabrın 1-dən yeni nəslin neo-maarifləndirilməsi istiqaməti üzrə həyata keçirilməsinə başlanılan aktual layihənin rəhbəri, YYSİB sədri Aydın Xan Əbilovun bildirdiyinə görə,  çoxistiqamətli fəaliyyət formaları ilə yeni nəslə kreativ ictimai-mədəni, ideoloji-informativ dəstək verməklə, gənclər arasında milli-mənəvi dəyərləri fərli formalarda təbliğ etmək nəzərdə tutulur.


Layihəsinin əsas məqsədi 2024-cü ildə “Gənclər paytaxtı” elan olunmuş Lənkəran rayonunun yeni nəsli nümayəndələri üçün yaradılması nəzərdə tutulan modern ideoloji-beyin modelini formalaşdırmaq, təcrübə olaraq gələcəkdə bütün respublika, eləcə də 60 milyonluq Azərbaycanlılara ünvanlanmış kulturoloji-mənəvi təşəbbüslər formatı kimi hazırlamaqdır.

Görkəmli dövlət xadimi, peşəkar siyasətçi, üzün müddət Azərbaycana rəhbərlik etmiş Ümummilli Lider Heydər Əliyevin dəyərli həyat və məhsuldar faəliyyəti, çağdaş tariximizdəki dövlətçilik missiyası 60 milyonluq soydaşmız, eləcə də yeni nəsil nümayəndələri, gənclərimiz üçün əsl ideoloji-mənəvi sərvətdir. Son illər İnternet – sosial media və şəbəkə, müxtəlif vizual-virtual platformalardan aşırı dərəcədə yad ideoloji-mədəni, dini-mənəvi təsirlərə məruz qalan gənclərimizin təlim və tərbiyəsində, ölkəmiz, xalqımız üçün gərəkli şəxsiyyət olaraq formalaşmasında Ulu Öndərin bizə miras qoyduğu tarixi əhəmiyyətli unikal irsinin, Vətənsevərliyin, Azərbaycançılığın rolu əvəzsizdir. Gənclərimizin, xüsusən də idmançıların və məktəblilərin yad təsirlərdən qorumaq üçün əsl milli düşüncə, inam, öyrətmə mənbəyi kimi Ulu Öndərin zəngin və dəyərli irsinindən yararlanmaq çox vacibdir.

İnternet – qlobal informasiya dövründə bəzi boşluqları doldurmaq üçün ideoloji zəmin yaratmaq, soydaşlarımızın doğma dəyərlərə qayıdışın təməl prinsiplərini hazırlamaqla yanaşı, bu istiqamətdə İqlobal informasiya məkanında çoxsaylı saytlar, məlumatlar, kontentlər, audi-vizual və virtual məhsulların yerləşdirilməsinə böyük ehtiyac duyulur. Bu aktual istiqamətdə isə bizim bir sarsılmaz dayağımız var: o da məzarı and yerimiz, ruhu milli varlığımıza çevrilmiş, bütün şüurlu ömrünü millətimizin birləşməsinə, bütövləşməsinə, formalaşmasına, inkişafına həsr etmiş Ümummilli Lider Heydər Əliyevin ölməz irsi, çıxışları, xatirəsi, yadigar qoyduğu modern respublikamız, Azərbaycançılıq ideologiyası, qələbələrə imza atan fəlsəfi-dövlətçilik məktəbidir. İKT və İnternet zamanında vizual-virtual məhsulların geniş kütlələrə, eləcə də beynəlxalq ictimaiyyətə (avtomat tərcümə proqramları, süni intellekt, yeni İK alətləri, formatları vasitəsilə) daha tez təsirini nəzərə almaqla bu mövzuda kontentlərin – elektron kitabxana, e-nəşrlər, onlayn TV, yeni media formatları ilə bu sahədəki boşluqları doldurmaq mümkündür.

İnternet, KİV, TV, sosial şəbəkələr və yeni İKT alətləri, eyni zamanda xaricdən “ixrac edilən” ziyanlı ideoloji-mənəvi həmlələrə qarşı Ümummilli Lider Heydər Əliyevin ölməz siyasi-dövlətçilik irsi, kulturoloji dəyər kəsb edən Azərbaycançılıq, Vətənsevərlik ideyalarını, məhsuldar həyat və tarixi fəaliyyətini bir humanitar-kreativ, ruhani-əxlaqi estetik-düşüncə vasitəsinə, təsir tendensiyasına çevirməklə yeni nəslin milli ruhda böyüməsinə yardımçı olmaq mümkündür. Bu baxımdan da gənc nəslin ideoloji-mənəvi kumiri hansısa xarici lider, yaxud filosof, yazıçı deyil, məhz bütün süurlu həyatını Azərbaycanın müstəqilliyinə, inkişafına, gələcəyinə yönəltmiş Ulu Öndər Heydər Əliyev kimi dahi olmalıdır. Layihənin də əsas məqsədi bu istiqamətdə fərqli, alternativ modelin hazırlanması, təşəbbüsün yayılmasını təmin etmək üçün ideya-beyin mərkəzlərinin yaradılmasına nail olmaqdır.

Heydər Əliyevlə bağlı gənclər üçün kitabın kağız və rəqəmsal variantının hazırlanması, bu istiqamətdə e-nəşrlərin və vizual məhsulların İnternet və sosial şəbəkələrüstü dünyada təbliğ etmək üçün müxtəlif formatlı tanıtım tədbirlərinin təşkili əsas vəzifələrdən sayılır. Bu mənada layihə komandası kulturoloji-ideoloji, kreativ-intellektual texnologiyaların – milli-mənəvi dəyər kəsb edən, tarixi-mədəni, mənəvi-ruhi əhəmiyyət daşıyan, yeni İKT alətlərindən yararlanmaqla, innovativ-kreativ təbliğat kampaniyasının gerçəkləşdirmək üçün müxtəlif fəaliyyətləri reallaşdırmaq planlaşdırılır.

Prezident İlham Əliyevin müxtəlif vaxtlarda, o cümlədən Qarabağ Universitetinin tələbələri ilə görüşündəki çıxışından irəli gələrək, milli-mədəni düşüncəmizdə Heydər Əliyev irsinə yeni formatlarda qayıdışı dəstək vermək, bu istiqamətdə silsilə tədbirərin həyata keçirilməsinə nail olmaq, gənc nəsil üçün milli düşüncə, inam, öyrətmə formatları, fikir texnologiyalarının fərqli modelləri ortaya qoymaq layihənin əsas məqsədlərindən sayılır. Real və virtual formatda yaradılması nəzərdə tutulan “Gənclər üçün “Heydər Əliyev” innovativ-kreativ, ideoloji-mənəvi, kulturoloji-intellektual real/virtual formatlı Mərkəz”ideyası – universal, innovativ, kreativ və kulturoloji fikir-ideoloji texnologiya modeli kimi təklif olunur. Fəaliyyətlərin məntiqi nəticəsi olaraq modul tipli düçüncə mərkəzi yaradılması nəzərdə tutulur ki, bu da çevik, real imkanlar ortaya qoyacaq. Ulu Öndərin ölməz irsinin tarixi proseslərin məntiqi nəticəsi kimi qabardılacaq, milli-mədəni dəyər qazanmış ictimai-mədəni, sosial-siyasi, humanitar-estetik sərvət olaraq İnternet, yeni media və sosial şəbəkələrdə, elektron və virtual KİV-də, xüsusən də yeni nəsilin gənc nümayəndələri arasında tanıdılacaq.

Ayrıca olaraq Lənkəranda yerləşən orta məktəbdə “Gənclər üçün “Heydər Əliyev” innovativ-kreativ, ideoloji-mənəvi, kulturoloji-intellektual real/virtual formatlı Mərkəz” yaradılacaq. Mərkəz üçün müxtəlif mövzulu yeni kitablardan ibarət 100 nüsxəlik mini-kitabxana ilə təmin ediləcək. 1 sənədli video film çəkiləcək, montaj və səslənmə aparılacaq, yayımlanacaq, təqdimatı keçiriləcək. Ulu Öndərin gənclər siyasətinə həsr olunmuş, nəfis formada, 100 tirajla “Heydər Əliyev irsi və gənclər” kitabı və onun elektron versiyası nəşr ediləcək, təqdimatı keçiriləcək, yayımlanacaq, kitabxanalara, məktəblərə paylanılacaq. Sosial şəbəkələrdə layihənin və modelin ayrıca səhifəsi hazırlanacaq, ardıcıl zənginləşdiriləcək. Elektron kitabxanada ayrıca alt-bölüm hazırlanacaq, orada yeni e-nəşrlər yayımlanacaq. Heydər Əliyev və gənclər mövzusuna həsr olunmuş 10 e-kitab hazırlanaraq yeni nəslin istifadəsinə veriləcək. İnternetdə və sosial şəbəkələrdə bu rəqəmsal nəşrlərin virtual sərgisi təşkil olunacaq. Müxtəlif saytlarda, sosial şəbəkələrdə, video-platformalarda, e-kitabxanada mütəmadi olaraq materiallar yerləşdiriləcək, virtual sərgi müzakirə və debatlar keçiriləcəkdir.

Bakı şəhəri və modelin ilkin olaraq yaradılması nəzərdə tutulan Lənkəran rayonu İnternet və sosial şəbəkələr vasitəsi ilə  soydaşlarımız yaşayan dünya ölkələrindəki gəncləri əhatələməklə, milli-mənəvi və ideoloji işlər aparılacaq, saytlar, e-kitabxana, sosial şəbəkələr üzərindən respublikanın bütün əraziləri, eləcə də 60 milyonluq soydaşlarımıza yönəli fəaliyyətlərlə yeni nəsil nümayəndələrini vahid bir ideoloji platformada birləşdirmək planlaşdırılır.

Kulturoloji layihənin təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə reallaşdırılacaq: onun təqdimatı, tanıtımı və sosial şəbəkələrdəki virtual təbliğinə xüsusi önəm veriləcəkdirİstər ölkə daxilində, istərsə də dünyada Heydər Əliyevin ömür yolunun, tarixi missiyasının gənclərimizin formalaşmasında bir inam binövrəsi, motivasiya mənbəyi olması, çağdaş  Azərbaycanın möhtəşəm tarixinin bir mərhələsi kimi tanınmasına çalışılacaq. İnternet resursları, sosial mediada, ayrıca saytlarda televiziyada və mətbuatda mövzu və layihə haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaqdır.

Fəaliyyətlərlə bağlı aparılan işlərin hesabatları həm yazılı və elektron KİV-də yayımlanacaq, eyni zamanda QHT-nin rəsmi saytında yerləşdiriləcək. Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcək, fəaliyyətlərin təqdimatına və sosial şəbəkələrdəki virtual təbliginə xüsusi önəm veriləcəkdir.  Ölkəmizdədə,  dünyada da Azərbaycan və Ümummimilli Lider Heydər Əliyev haqqında yaradılan yeni ədəbi nümunələrin geniş yayılmasına çalışılacaq, geniş ictimaiyyətin müzakirəsinə buraxılacaq.

YYSİB ictimai qurum olaraq 1993-cü ildən gənclər arasında milli, eləcə də dünya mədəniyyəti, elmi, incəsənəti və ədəbiyyatının təbliğini aparır, yeni media, virtual ədəbiyyat, neo-maarifçilik missiyasını yerinə yetirir. Real, həmçinin, virtual təlim və kursların təşkili, Azərbaycan intellektual sərvətlərinin, ədəbiyyatının, mədəniyyətinin, elminin, incəsənətinin, sənətinin müxtəlif qollarını, elektron resursları inkişaf etdirmək, zənginləşdirmək, xaricdə tanıtmaq istiqamətində yeni nəsil yaradıcı insanları səfərbər edən YYSİB, kreativ innovasiyalar, elektron kitabxana, yeni virtual yazı və mütaliə mədəniyyəti, alternativ təhsil, e-kitablar kimi sahələrdə fəaliyyətini qurub.

Hidayət – Ayxan Əbilli,

YYSİB sədr müavini, İctimaiyyətlə Əlaqələr,  Analitik-İnformasiya Bölümü rəhbəri


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi