azia.az
azia.az

Ərdoğan: Biz Bəşər Əsədlə görüşməyə hazırıq

21-09-2024, 10:25

Rəcəb Tayyib Ərdoğan Suriya ilə normallaşma prosesi ilə bağlı danışıb.

APA xəbər ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu iclasında iştirak etmək üçün ABŞ-a yola düşməzdən əvvəl Atatürk Hava Limanında mətbuat konfransında bildirib.

“Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması üçün Bəşər Əsədlə görüşmək iradəmizi nümayiş etdirdik. Qarşı tərəfdən cavab gözləyirik. Biz buna hazırıq”- deyə Ərdoğan bildirib

“Əhalisi müsəlman olan iki ölkə olaraq biz bu birliyə ən qısa zamanda nail olmaq istəyirik” - deyə o,əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi