azia.az
azia.az

"Porche” ilə 24 yaşlı ananı öldürən Ağaəlidən XƏBƏR VAR - VİDEO

23-05-2017, 18:52

"Porche” ilə 24 yaşlı ananı öldürən Ağaəlidən XƏBƏR VAR - VİDEO



Bakıda 16 yaşlı biznesmen oğlu Ağaəli Fərəcovun "Porche” ilə 24 yaşlı Xəyalə Məmmədovanı vurub öldürməsi barədə xəbər vermişdik.

Müstəntiq Elnur Həsənli istintaqın gedişatı barədə Unikal.org-a danışıb.

O, deyib ki, hələlik Ağəli Fərəcov azadlıqdadır, avtomobili və sənədləri isə polisdədir:

"Hələlik işin istintaqı gedir. Bütün detallar yaxın zamanda məlum olacaq. İstintaqın nəticəsindən aslı olmayaraq, A.Fərəcov barəsində xüsusi təlim-tərbiyyə xarakterli tədbir görüləcək və bunun üçün hazırlıq gedir. Avtomobil cərimə meydançasındadır. Sənədləri də götürülüb. Hələ ekspertizanın rəyləri gözlənilir. İşə qiymət veriləcək. Yol nəqliyyat hadisəsi hansı şəraitdə baş verməsi ilə bağlı bütün parametrlərə baxılacaq. Təbii ki, A.Fərəcov vurub, qaçıbdır. Qaçdığına görə onun günahı var. Yetkinlik yaşına çatmayan cinayət törədənlərlə bağlı komissiya var. Həmin komissiya Azərbaycan Respublikasının Qanuna uyğun olaraq tədbir görəcək. Qısa zaman kəsiyində A.Fərəcov barəsində biz yekun qərarı göndərəcəyik. Müvafiq qurum da onun barəsində tədbir görəcək.
Qarşı tərəf ilk izahatında şifahi olaraq şikayətçi olmadığını qeyd edib. Artıq mərhum Xəyalə Məmmədova Gürcüstanda dəfn edilib. Məlumatıma görə, Ağaəli Fərəcovun ailəsi tərəfindən mərhumun ailəsinə yaxından köməklik göstərilib”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi