İslamiadanın Bakı Olimpiya Stadionunda bağlanış mərasimi ilə bağlı tədbir start götürüb.
Axar.az xəbər verir ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları başa çatıb. Paytaxtımızda təşkil olunan yarışa tennisçilərin mübarizəsi ilə yekun vurulub.
Bununla, İslamiadada 268 dəst medal öz sahibini tapıb. 11 gün ərzində 269 qızıl, 267 gümüş, 350 bürünc, ümumilikdə 886 mükafat 40 ölkə təmsilçisi arasında bölüşdürülüb. Yarışa qatılan 14 ölkənin komandası isə Bakıdan əliboş qayıdır.
Bu medallardan 162-si Azərbaycan idmançılarının payına düşüb. Ümumi medal sayında Türkiyədən (195) geri qalmasına baxmayaraq, əyarına görə yığmamız İslamiadanın qalibi olub. Bununla da ölkəmiz tarixində ilk dəfə multi-idman tədbirinin ən güclüsü adına yiyələnib. İndiyədək ən yaxşı nəticəmiz 2 il öncə Avropa Oyunlarında 2-ci pillədə qərarlaşmağımız idi.