İşğalçı Ermənistan daha bir təxribata əl atıb.
Publika.az xəbər verir ki, Ermənistan hərbi birləşmələri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində hərbi parad keçirib.
“News.am” saytının məlumatına görə, Xankəndində indiki saatlarda başlayan paradda müxtəlif texnikalar nümayiş olunub.
Paradda Ermənistan prezidenti Serj Sarkisyan, müdafiə naziri Viqen Sarkisyan, qondarma DQR-in “prezidenti” Boka Saakyan və din xadimləri iştirak ediblər.