7 nəfər vəzifədən azad olunub, 2 nəfər prokurorluq orqanlarından....-Kollegiya İCLASI
Xəbər verildiyi kimi, yanvarın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda Geniş Kollegiya iclası keçirilib.
Xəbər verilir ki, geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev çıxış edib.
Baş prokuror bildirib ki, 2023-cü ildə 30 prokurorluq işçisi və 8 dövlət qulluqçusu barəsində intizam tənbeh tədbiri tətbiq edilib. Onlardan 7 nəfər vəzifədən azad olunub, 2 nəfər prokurorluq orqanlarından xaric edilib.
Həmçinin, bildirilib ki, 2023-cü ildə 57 şəxs işə qəbul edilib, 355 şəxs isə həvəsləndirilib.