İran “buzları əridir”: səfir böhranı çözüldü
İran və Pakistan xarici işlər nazirləri arasında telefon danışığı olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.
Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilani və iranlı həmkarı Hüseyn Əmir Abdullahian iki ölkə səfirlərinin qarşılıqlı şəkildə 26 yanvar tarixinə kimi vəzifə yerlərinə qayıtmasını razılaşdırıblar.
İran XİN başçısı Cəlil Abbas Cilaninin dəvəti ilə yanvarın 29-da Pakistana səfər edəcək.
Əliyar Xəlil