azia.az
azia.az

Putin Təhlükəsizlik Şurasını topladı

16-10-2023, 18:31

Azia.az media-Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsini keçirib.


Bakupost.az xəbər verir ki, müşavirədə müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin və “Rosqvardiya”nın rəisi Viktor Zolotov iştirak ediblər.

Putin müşavirədə İsrail və Qəzza zolağındakı vəziyyəti müzakirə etməyi təklif edib.

O, Yaxın Şərqdən olan həmkarları ilə bir sıra danışıqlar apardığını söyləyib.

Rusiya Prezidenti deyib ki, İsrail və Qəzza zolağındakı vəziyyətlə bağlı qurumların mövqeyi onun üçün vacibdir, çünki orada çoxlu Rusiya vətəndaşları var.

Putin eyni zamanda, Şoyqudan Ukraynada müharibə zonasında hazırda baş verənlər barədə məlumat verməsini istəyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi