Qənirə Paşayeva bu səbəbdən komaya düşdü
Millət vəkili Qənirə Paşayeva komaya düşüb.
Xəbər verdiyimiz kimi, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın səhhətində ciddi problem yaranıb.
Millət vəkili komaya düşüb və hazırda Mərkəzi Klinikada süni tənəffüs aparatına qoşulub.
Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, onun müayinə və müalicəsi üçün Türkiyədən də həkimlər dəvət olunub.
İlkin məlumata görə, Qənirə Paşayevanın səhhətində yaranan problem saxladığı pəhrizlə bağlı qəbul etdiyi dərmanlarla bağlı olduğu bildirilir.
***
Bakupost.az-ın əldə etdiyi məlumata görə, deputat iki gün əvvəl səhərə yaxın xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir. Əsas qan göstəriciləri, saturasiyası və təzyiqi çox aşağıdır. Məlumata görə, ona Mərkəzi Klinik Xəstəxanada ən yüksək səviyyədə tibbi xidmət göstərilir. Həkimlərin fikrincə, bundan sonraki vəziyyət yalnız onun orqanizminin gücündən asılıdır.
Əlavə məlumat verəcəyik.
Azia.az RTV-yə istinadən xəbər verir ki, millət vəkili dərhal xəstəxanaya yerləşdirilib.
Millət vəkilinin yaxınları faktı təsdiqləyib. Lakin onun səhhəti barəsində heç bir məlumat əldə etmək mümkün olmayıb.
Qeyd edək ki, Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatıdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.