azia.az
azia.az

Metro terroru qurbanlarının sayı artdı

4-04-2017, 15:05

Metro terroru qurbanlarının sayı artdı


Ölü sayı 14-ə yüksəlib

Rusiyanın Sankt-Peterburq şəhərində baş verən terror aktı nəticəsində ölənlərin sayı artıb. İstiPress-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, ölü sayı 14-ə yüksəlib.

Onlardan biri təcili yardım maşını ilə xəstəxanaya aparılarkən yolda, digərləri isə tibb müəssisələrində dünyalarını dəyişiblər. Bu barədə ölkənin səhiyyə naziri Veronika Skvortsova məlumat verib.

Sankt Peterburq metrosunda partlayış ötən gün günorta saatlarında baş verib. "Sennaya Ploşad" və "Texnoloqiceskiy institut" stansiyalarının keçidində baş verən partlayış nəticəsində ilk gün 11 nəfər ölmüşdü. Ölən və yaralananlar arasında azərbaycanlılar da var.

51 nəfər isə xəstəxanalara yerləşdirilmişdi.

Sankt-Peterburq terrorçusunun adı açıqlanıb. Kamikadzenin Rusiya vətəndaşı, 22 yaşlı qırğızıstanlı Akbarjon Cəlilov olduğu bildirilir. O, altı ildən çoxdur ki, Sankt-Peterburqda yaşayıb. Gənc Qırğızıstanın Oş vilayətində anadan olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi