azia.az
azia.az

Rəfail Mirzəyev Kəmaləddin Heydərovun media projesini batırdı: müavin nazir eşqində - Detallar

11-03-2017, 15:14

Rəfail Mirzəyev Kəmaləddin Heydərovun media projesini batırdı: müavin nazir eşqində - Detallar


Çoxdandır ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan yazılmırdı. Bu susqunluq elə bir fon yaratmışdı ki, ölkənin ən kristal və şəffaf naziri FHN rəhbəridir və bu strukturun fəaliyyətində heç bir qaranlıq yoxdur. Anaxeber.Az-ın məlumatına görə, sirr pərdəsi tezliklə qalxdı

K.Heydərov dəridən-qabıqdan çıxıb ki, nazirliyin fəaliyyətindən bir şikayət olmasın, maxinasiya və korrupsiya əməliyyatlarında adı hallanmasın.
İnsafən, dünənə kimi fövqəlnazir muradına çatmışdı. Mətbuatda sağdan-soldan döşənən nazirliklərdən fərqli olaraq, FHN barəsində ittihamlara rast gəlinmirdi.
Bütün planları alt-üst edən, Kəmaləddin Heydərovun reputasiyasını zədələyən və onun media projesini batıran müavini Rəfail Mirzəyev oldu.
General nazirin illərlə formalaşdırdığı imicini iflas etdirdi. Bu imici təzədən bərpa etmək çətin olacaq. Üstəlik, mediada faş oldu ki, FHN maxinasiyaları gerçəkləşdirməkdə başqalarından geri qalmır və K.Heydərov mətbu basqıları ilə bu faktların üzə çıxmasını gizlədib.

Demə, bir müddət öncə Fövqəladə Hallar Nazirliyində nazir müavinlərinin "Mercedes E-Klass” markalı xidməti avtomobilləri yeniləri ilə əvəzlənib. Dövlətə qaytarılmalı olan əmlak - nazir müavinlərinin köhnə xidməti avtomobilləri - istifadəyə yararsız adı ilə silinib.
Əslində isə istifadəyə yararlı olan "Mersedec E-Klass” avtomobilləri fövqəladə hallar nazirinin birinci müavini general-leytenant Rəfail Mirzəyevin oğlu və kürəkəninə aid olan avtomobil icarə şirkətinə verilib.
Məsələnin daha ilginc tərəfi isə odur ki, nazirliyin qonaqları olanda, yaxud hər hansı məqsədlə lyuks avtomobillər lazım olduqda həmin şirkətdən həmin avtomobillər FHN-in balansından pul ödənməklə icarəyə götürülür.

Bundan əlavə, R.Mirzəyevin oğlu və kürəkəninə məxsus tikinti şirkətləri FHN-in keçirdiyi tenderlərdə qalib edilərək böyük miqyasda işlər götürürlər.

Anaxeber.Az-ın məlumatına görə, K.Heydərov R.Mirzəyevlə illər əvvəl bir dəfə də toqquşub. O zaman müavin nazir postuna göz dikmişdi.

O, hakim dairələrdə bəzi dayaqlarına arxayınlaşmışdı. Elə güman edirdi ki, iqtidarın etibarlı fiqurlarından biri olan FHN rəhbərini devirə biləcək.

Sonra bu nəzəri proje tezliklə deşifrə olunub və üzə çıxıb. Bununla belə Heydərov Mirzəyevi işdə saxlayıb və taktiki gediş edib. Amma ikinci dəfədir ki, müavini nazirə zərbə vurur.

Belə ki, 2012-ci ildə Zaqatala və Balakəndə baş verən zəlzələ zamanı dağılan evlərin təmir-bərpası zamanı da işlər R.Mirzəyevin yaxınlarının şirkətlərinə verilməklə büdcədən xeyli vəsait mənimsənilib.

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri dəymiş ziyanı artıqlaması ilə hesablayıblar.
Hətta bəzi hallarda cari təmirə ehtiyacı olan evləri yenidən qurulmalı olan kimi, yaxud heç zərər çəkməmiş evləri ziyan dəymiş kimi təqdim ediblər. Təmir və tikinti üçün lazım olan vəsaiti də şişirdiblər. Bütün bunlardan götürülən "qazanc” yekunda R.Mirzəyevə çatıb.

Anaxeber.Az xatırladır ki, son bir neçə ildə FHN-də kadr məsələləri sırf R.Mirzəyevin kurasiyasındadır. Bu adam isə əvvəllər MTN-in işçisi olub.
Namiq Abbasovun vaxtında MTN-in rəsmi iççisi, eyni zamanda Gömrük Komitəsi sədrinin birinci müavini olub. Zamanla MTN-də bu ştat ləğv edildikdən sonra komitənin sədr müavini vəzifəsini davam etdirib.
Ondan əvvəl Xətai və Gəncədə MTN rəisi vəzifəsində çalışıb. Hətta Gəncədə çalışdığı dövrdə Surət Hüseynovla problemlər yaşayan R.Mirzəyev onun tərəfindən bir neçə sutkalıq həbs də edilib.

MTN-də topladığı təcrübəsini istifadə edən R.Mirzəyev nazirliyin mərkəzi aparatında təmizlik və mühafizə işlərinə öz agentlərini yerləşdirib. Xadimələr otaqlarda olan danışıqları, bəzən də sənədləri R.Mirzəyevə çatdırırlar.

Təmizlik işlərinə, demək olar ki, bütünlüklə öz qohum və yaxınlarını yığıb. Hər şöbədə, hər idarədə özünün adamları var. Bu da həmin qurumların rəhbərlərini təhdid altında saxlamağa bəs edir.

Məlumatda o da bildirilir ki, R.Mirzəyev nazirin digər müavinləri Orucəli Hacıyev və Etibar Mirzəyevi fəaliyyətsiz duruma salıb:
"Birinci müavinə yaxınlığı ilə seçilən Yanğından Mühafizə Xidmətinin rəisi, general Füzuli Əsədovla nazir müavini Etibar Mirzəyev arasında soyuq münasibətlər mövcuddur.

Halbuki yanğın xidməti faktiki olaraq E.Mirzəyevin kurasiyasındadır. Lakin buna baxmayaraq, xidmət rəisi E.Mirzəyevlə deyil, R.Mirzəyevlə hesablaşır.
Bütün məlumatları, hesabatları ona təqdim edir. R.Mirzəyevlə hesablaşmayan yeganə adam Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi general İsrail Əliyevdir. Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini verməyə hazırıq.
Anaxeber.Az
Turan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi