azia.az
azia.az

"Bundan sonra 7 nazirlik də ləğv edilməlidir" - AÇIQLAMA

13-02-2017, 18:11

"Bundan sonra 7 nazirlik də ləğv edilməlidir" - AÇIQLAMA
"Azərbaycanda 12 nazirlik saxlanılmalı, bundan sonra 7 nazirlik də ləğv edilməlidir".

Qaynarinfo.Az-ın verdiyi xəbərə görə, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu açıqlamasında deyib .Ekspert bu addımı gözlənilən qərar kimi dəyərləndirərək bildirib ki, Azərbaycanda 12 nazirliyin saxlanılması optimal hesab oluna bilər:
"Bundan sonra 7 nazirlik də ləğv edilməlidir" - AÇIQLAMA
"Bu çoxdan gözlənilən qərar siyasi hakimiyyətdaxili proseslərin nəticəsi olsa da, gec verilsə də iqtisadiyyatın idarəedilməsi strukturunun təkmilləşdirilməsi istiqamətində müsbət addım kimi dəyərləndirilə bilər. Onsuz da Nəqliyat Nazirliyinin tənzimləyici səlahiyyətlərinin çoxu ondan alınmış və müxtəlif strukturlar arasında bölüşdürülmüşdü. Əslində Azərbaycan kimi kiçik nəqliyyat şəbəkələrinə malik olan ölkədə ayrı-ayrı sahələr üzrə dövlət şirkətlərinin müstəqil fəaliyyət göstərdiyi halda belə bir nazirliyə ehtiyac da yox idi. Bu nazirlik tənzimləyici və kommersiya xarakterli fəaliyyətləri həyata keçirməklə büdcəyə əlavə yük idi. Onun mərkəzi aparatının saxlanılması və əmək haqqı xərcləri ayrılan büdcənin 80 faizindən çoxunu təşkil edirdi. Məlumat üçün qeyd edim ki, 2017-ci il üçün Nəqliyyat Nazirliyinə 2,62 milyon manat vəsait ayrılması nəzərdə tutulurdu. Belə olan halda bu istiqamətdə qərarların büdcə ili başlamamış və nazirliklərin büdcəsi bölüşdürülməmiş verilməsi daha məqsəduyğun olardı. Hesab edirəm ki, iqtisadiyyatın idarəedilməsi strukturunun təkmilləşdirilməsi islahatları davam etməlidir. Belə ki, bu günə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin sturkturuna 19 nazirlik, 9 dövlət komitəsi, 2 dövlət adminstrasiyası, 4 dövlət xidməti və 1 dövlət fondu daxildir və onların hamısı dövlət büdcəsindən maliyyələşdirilir. Beləliklə də Kabinetin tərkibində müxtəlif adlarla yer alan mərkəzi icra strukturlarının sayı 35-ə çatır. Müqayisələr göstərir ki, Azərbaycanda dövlət nazirliklərinin sayı hətta Avropa ölkələri ilə müqayisədə belə çoxdur. Məsələn, dövlət nazirliklərinin sayı İtalıyada 14, Almaniyada və Belçıkada 11, İspaniyada 9-dur. ABŞ-da da nazirlik səviyyəsində olan 11 federal hökümət qurumu fəaliyyət göstərir. Həqiqətən də Azərbaycanda 19 nazirliyin olması dövlət idarəetmə xərclərinin optimallaşdırılmasının və idarəetmədə struktur islahatlarının aparılmasının potensialının yüksək olmasının göstərəcidir. Əslində Azərbaycan Nazirlər Kabineti Rusiya Federal hökümətini təkrarladığından ölkədə şişman dövlət idarəetmə aparatı yaranıb. Fikrimizcə, bu istiqamətdə aparılmalı olan islahatların 1-ci mərhələsində Azərbaycanda 12 nazirliyin saxlanılması optimal hesab oluna bilər. Bunlar hansılar ola bilərlər.

1) Müdafiə 2) Daxili İşlər 3) Ədliyyə 4) Xarici İşlər 5) Maliyyə 6) İqtisadiyyat 7) Kənd təsərrüfatı və ərzaq 8) Səhiyyə, Təhsil və Rifah 9) Sənaye, Elm və Texnologiyalar 10) Nəqliyyat və Rabitə 11) Vergi və rüsumların tənzimlənməsi 12) Əmək Nazirliyi.

Hesab edirəm ki, bu il martın əvvəlində hökümət parlamentdə hesabat verdiyi zaman bu məsələlər üzrə də ciddi müzakirələr aparılmalıdır".

azia.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi