azia.az
azia.az

"Şəhidimizin nəşi alınarkən erməni zabitin ürəyi gedib" - Deputat

7-02-2017, 21:21

"Şəhidimizin nəşi alınarkən erməni zabitin ürəyi gedib" - Deputat
Fevralın 5-də Ermənistan-Azərbaycan sərhəddində şəhid Çingiz Qurbanovun nəşi düşmən tərəfdən alınarkən maraqlı hadisə baş verib. Tərəflər nəşi almaq üçün üzbəüz durarkən Ermənistan silahlı qüvvələrinin zabiti həyəcandan huşunu itirərək yıxılıb.

İstiPress xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə Feysbuk hesabında yazıb.

"Şəhidimizin nəşi alınarkən erməni zabitin ürəyi gedib" - Deputat
A.Mirzəzadə qeyd edib: "O, ya aprel döyüşlərinin iştirakçısı olub, ya da həmin döyüşlər barədə zabit həmkarlarından eşidib. Hər iki halda Azərbaycan ordusunun xofu hətta erməni hərbçilərində belə çox ciddi oturub".

Qeyd edək ki, əsgər Qurbanov Çingiz Salman oğlu Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olub. Nəşi 40 gün erməni girovluğunda qaldıqdan sonra fevralın 5-də geri alınıb. Şəhid Çingiz Qurbanov fevralın 6-da Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminin ardından doğulduğu Qusar rayonunda Şəhidlər Xiyabanında dəfn olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi