azia.az
azia.az

ABŞ-da xüsusi xidmət orqanı əməkdaşından şok açıqlama — Trampa görə özümü güllə qabağına vermərəm

26-01-2017, 10:56

ABŞ-da xüsusi xidmət orqanı əməkdaşından şok açıqlama — Trampa görə özümü güllə qabağına vermərəmABŞ-da xüsusi xidmət orqanı əməkdaşının açıqlaması ölkə gündəminə bomba kimi düşüb

Bakunews.az Ölkə.Az-a istinadən xəbər verir ki, xüsusi xidmət orqanının əməkdaşı Kerri Oqreydi prezident Donald Trampı mühafizə etməyəcəyini bildirib. Yeganə vəzifələri prezidenti mühafizə etmək olan bu xidmətin açıqlaması mübahisələrə səbəb olub.

23 ildir "Secret Service"-də xidmət göstərən Kerri Oqreydi Trampın qadınları təhqir etdiyi video çarxı izlədikdən sonra "Bu ölkə için fəlakət olduğuna inandığım bir şeyi müdafiə etmək və ya ona görə özümü güllə qabağına verməkdənsə, həbsdə yatmağı üstün tuturam".

Mühafizəçi bu açıqlamanı "Facebook" sosial şəbəkəsində yayımladıqdan sonra silib. Amma məsələ ilə bağlı istintaq başlayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi