azia.az
azia.az

Yaralı döyüş yoldaşını çiyinlərində daşıyan 19 yaşlı şəhid əsgərimiz – FOTO

28-03-2022, 07:55

Yaralı döyüş yoldaşını çiyinlərində daşıyan 19 yaşlı şəhid əsgərimiz – FOTO
Vətən müharibəsi şəhidi Hüseyn Xəlilovun ölümündən sonra ilk doğum günü münasibətilə tədbir keçirilib.

İnterpress.az xəbər verir ki, tədbir şəhidin Bakının Nardaran qəsəbəsində yaşamış olduğu evlərində qeyd olunub.

Mərasimdə şəhidin keçdiyi döyüş yolundan danışılıb. Onun İkinci Qarabağ müharibəsində şiddətli döyüşlər zamanı göstərdiyi şücaətindən, qəhrəmanlığından söz açılıb. Həmçinin onun yaralı döyüş yoldaşını xilas etməsindən bəhs olunub.

Qeyd edək ki, Hüseyn Xəlilov 27 mart 2002-ci ildə Sabunçu rayonunun Nardaran qəsəbəsində anadan olub.

2020-ci ilə qədər 295 nömrəli tam orta məktəbdə və “dülgərlik” ixtisası üzrə peşə məktəbində təhsil alıb.

Hüseyn Xəlilov 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmətdə olub.

O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib.

Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Hüseyn Xəlilovun döyüşlərdə olduğu zaman çəkilmiş şəkli sosial şəbəkələrdə paylaşılıb və hər kəsin marağına səbəb olub.

Hüseyn Xəlilov 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı yaralanıb və komaya düşüb.

25 aprel 2021-ci ildə koma vəziyyəti zamanı müalicə aldığı xəstəxanada şəhid olub.

O, Nardaran qəsəbəsində dəfn edilib.

Prezident İlham Əliyevin sərəncamları ilə Hüseyn Xəlilov ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Yaralı döyüş yoldaşını çiyinlərində daşıyan 19 yaşlı şəhid əsgərimiz – FOTO
Yaralı döyüş yoldaşını çiyinlərində daşıyan 19 yaşlı şəhid əsgərimiz – FOTO
Yaralı döyüş yoldaşını çiyinlərində daşıyan 19 yaşlı şəhid əsgərimiz – FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi