Azərbaycan PUA-larının Ermənistan səmasında vurulması ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan Müdafiə Nazirliyi rəsmi açıqlama yayıb. Xeber24.info-nun məlumatına görə, açıqlamada deyilir:"Azərbaycan Ordusuna məxsus iki ədəd pilotsuz uçuş aparatının guya Basarkeçər üzərində vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat yalandır. Müdafiə Nazirliyindən verilən məlumata görə, bu qarşı tərəfin növbəti dezinformasiyasıdır".