azia.az
azia.az

Keçmiş erməni döyüşçü: "Azərbaycan 20 il ərzində silahlandı, hazırlaşdı, bizdə isə talanla məşğul oldular"

16-05-2016, 18:36

Keçmiş erməni döyüşçü: "Azərbaycan 20 il ərzində silahlandı, hazırlaşdı, bizdə isə talanla məşğul oldular" Qarabağda Azərbaycana qarşı döyüşlərdə iştirak etmiş “Sasun” dəstəsinin keçmiş üzvü Arşavir Bozinyan cəbhədə baş verən son döyüş toqquşmalarında Azərbaycanın üstünlük əldə etdiyini etiraf edib.
"hraparak.am"a saytının verdiyi məlumata görə, o, Azərbaycan kəşfiyyatının yaxşı işlədiyini xüsusi qeyd edib: "Azərbaycan kəşfiyyatı yaxşı çalışıb. Onlar bizim hazır olduğumuzu, yaxşı silahlandığımızı bilsəydilər, belə addım atmazdılar. 20 il ərzində düşmən silahlandı, hazırlaşdı, bizdə isə talanla məşğul oldular. Azərbaycanın silahlandığı barədə dəfələrlə deyilib. Atəşkəs olsa da, müharibə başa çatmayıb. Hər an müharibəyə hazır olmaq lazımdı".
O, aprelin əvvəllərində erməni tərəfinin 18 post itirməsinə də münasibət bildirib: “Bu gün hər postda 4-5 əsgər dayanır. Postlarımızda daha çox əsgər dayanmalıdır. Ötən illər ərzində çoxları Ermənistanı tərk edib, doğuşların sayı azalıb. Bizim həm də kifayət qədər texnikamız yoxdur. Müqavimət göstərməyə hazır olmalıyıq. Ordu güclənməli, sonra dövlətlər danışıqlar masasına oturmalıdır. Əsgər silah haqqında düşünməli deyil. Hərbi təlimlər keçirilməlidir ki, insanlar müharibəyə gözü bağlı getməsinlər. Hərbçi yeni silahlar barədə məlumatlı olmalıdır. Biz əsgərin həyatını qiymətləndirməliyik”.
A. Bozinyan 1994-cü il mayın 12-də imzalanmış atəşkəs razılaşması haqqında da danışıb: "Azərbaycandan Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını həmin vaxt tələb etməliydik".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi