azia.az
azia.az

Son dəqiqə: Tərtər istiqamətində düşmənin "səsi" batıb

6-10-2020, 14:48

Son dəqiqə: Tərtər istiqamətində düşmənin "səsi" batıb

Azia.Az xəbər verir ki, Ermənistan ordusu döyüşlərdə canlı qüvvə və hərbi texnika baxımından ağır itkilər verərək geri çəkilməyə məcbur edilib.

Bu gedişat düşmənin mülki əhalini hədəf aldığı Tərtər rayonunda hər ötən gün daha artıq hiss olunur. Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi əməliyyatları başlandığı gündən Tərtər rayonu düşmənin ən çox raket və mərmi atəşinə tutduğu ərazilərimizdən idi.

Ötən gün rayon ərazisinə 120 mərmi və raket atılıb, bunlardan 40-ı Tərtər şəhərinə düşüb. Oktyabrın 5-də, gün ərzində mülki əhali arasında ölən və yaralanan olmayıb.

Qeyd edək ki, ötən 9 gün ərzində gün ərzində rayona, əsasən mülki evlərə və obyektlərə günboyu 400-500 zərbə endirilirdi. Hazırda ara-sıra top atəşi səsləri eşidilir.

Rəşadətli ordumuzun qüvvələrinin açdığı top atəşləri ilə düşmən tərəfin olan-qalan atəş nöqtələri məhv olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi