Bakı metrosu 15 sentyabra qədər işləməyəcək
Azia.Az xəbər verir ki, Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.
Nazirlər Kabinetinin məlumatına görə, bu barədə Baş nazir Əli əsədov qərar imzalayıb.
Qərara əsasən, Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması müddəti sentyabrın 15-ə qədər uzadılıb.