İki restoran bağlandı: daha 17 obyekti də eyni aqibət gözləyir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı, Sumqayıt, Gəncə və Abşeron yarmadasında müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən 292 iaşə obyektlərindən atmosferə atılan tullantılarla bağlı monitorinqlər aparılıb. AZia.az Trend-ə istinadən bildirir ki, bunu nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.Onun sözlərinə görə, ETSN tərəfindən verilən vaxtdan bu günə qədər 223 iaşə obyektində müasir standartlara cavab verən qurğu quraşdırılıb. İki restoran məhkəmənin qərarı ilə bağlanıb. Onlar "Özkardeşlər" və "Qızıl balıq" adlı iaşə obyektləridir". İ.İbrahimova qeyd edib ki, məhkəmə tərəfindən 17 restoranın bağlanması istiqamətində işlər görülür.