azia.az
azia.az

Azərbaycan bu ölkəyə benzin satacaq

29-09-2018, 09:15

Azərbaycan bu ölkəyə benzin satacaq

SOCAR şirkəti Bakı Neft Emalı Zavodunun təmirə bağlanması ilə əlaqədar Azərbaycana 80 min tonadək "Aİ-92" markalı benzin idxal etməyi planlaşdırır.

Azia.az -ın məlumatına görə,Sonxəbərə istinadən bu barədə "Marja"ya neft bazarındakı mənbə bildirib.

Xəbər verildiyi kimi, BNEZ yenidənqurma və modernləşdirilmə işlərinin həyata keçirilməsi məqsədilə qrafik üzrə 2018-ci ilin oktyabr ayında təmirə bağlanacaq.

BNEZ-nin qrafik üzrə təmirə bağlanması daxili tələbatın ödənilməsi məqsədilə "Aİ-92" markalı benzinin Azərbaycana idxalına zərurət yarada bilər. Söhbət 80 min tonadək benzin ixracından gedir", - mənbə bildirib.

Onun sözlərinə görə, benzin idxalı Türkmənistandan həyata keçiriləcək. "Bu, qiymət və logistika məsələləri baxımından münasib variantdır", - mənbə əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi