azia.az
azia.az

Təhlükə yaranıb: Azərbaycanda əhali sürətlə borclanır - NƏ ETMƏLİ?

8-07-2022, 17:35

Təhlükə yaranıb: Azərbaycanda əhali sürətlə borclanır - NƏ ETMƏLİ?
Əhalinin banklara olan borcunun həcmi günü-gündən artır.

Artıq ölkə üzrə ümumi kredit portfelinin həcmi 18 milyard manatı keçib. Konkret olaraq ölkə üzrə kredit portfelinin həcmi 18 milyard 98 milyon 300 min manatdır. Bu fonda dünyada, o cümlədən Azərbaycanda da sürətli bahalaşma müşahidə olunur. Bahalaşma isə əhalinin xərclərinin artması deməkdir ki, bu da kredit ödənişlərinə təsir göstərir. Bu da problemli kreditlərin həcminin artmasına rəvac verən əsas amildir. Xatırladaq ki, 2016-cı ildə ölkədə problemli kreditlərin həcmi kritik səviyyədə artdı və bu məsələ yekunda dövlətin müdaxiləsi hesabına həll olundu. Hazırda da əhalinin sürətli şəkildə borclanma getdiyi müşahidə olunur. Kredit portfelinin 18 milyard manatı keçməsi də bunu deməyə əsas verir.

Doğrudur, bu kreditlər təkcə fiziki şəxslərə verilən borclar deyil, eyni zamanda hüquqi şəxslərə də verilən kreditlər də bu portfelə daxildir.

Maraqlıdır, kreditləşmənin belə sürətlə getməsi gələcəkdə hansı problemlərə yol aça bilər? Problemli kreditlərin həcmi yenidən kritik həddə çata bilərmi? Dia.az-ın məlumatına görə, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Cümhuriyət”ə açıqlamasında deyib ki, son dövrlərdə kredit partfelinin artmasının iki səbəbi var:

“Birincisi, pandemiya bitəndən sonra artıq əvvəlki dövrə qayıdış baş verib. Çünki pandemiya zamanı banklar kredit vermirdi. İkincisi isə kredit parfelindəki artım böyük ölçüdə əhalinin hesabına deyil. Sahibkarlar, dövlət şirkətləridir ki, onlar müxtəlif, o cümlədən işğaldan azad olunmuş ərazilərin bərpası üzrə investisiya layihələri həyata keçirirlər. Artımın əsas səbəbi bunlardır”.

Ekspert əlavə edib ki, istehlak kreditlərinin həcmində də artım var:

“Bu da təhlükəlidir. Çünki ölkədə paralel olaraq xeyli iqtisadi problemlər, qiymət artımı müşahidə olunur. Bu da insanlarının xərcini artırır. Ona görə də insanlar krediti ödəməyə pul çatdırmaya, işini itirə, gəliri azala bilər. Bu təhlükələr var. Düzdür, banklar əvvəlkinə nisbətən daha ehtiyyatlı davranır, amma bu o demək deyil ki, problemlər olmayacaq. Problemlər əlbəttə ki, olacaq. Bu baxımdan bankların daha ehtiyatlı davranması yaxşı olardı”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi