Vitse-prezident hesabat verəcək və vəzifəsindən ayrılacaq
Yanvarın 7-də Milli Olimpiya Komitəsinin (MOK) IX Hesabat-Seçki Baş Məclisi keçiriləcək.
Azia.az bloqu prosport.az-a istinadən xəbər verir ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə sonuncu dəfə hesabat verərək vəzifəsindən ayrılacaq.
73 yaşında təqaüdə çıxacaq Hüseynzadənin yerinə MOK baş katibi Azər Əliyevin seçiləcəyi ehtimal edilir.
Həmçinin, MOK-un İdman şöbəsinin müdiri Həsənağa Rzayevin də postundan ayrılacağı gözlənilir.
MOK-un Baş Məclisində də bəzi dəyişikliklər olacaq.