Bu qoldan sonra tarixə adını yazdı - VİDEO
"Barselona"nın cinah oyunçusu Lamin Yamal Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Monako"ya vurduğu qolla turnir tarixində ikinci ən gənc qol vuran oldu.
Offsideplus.az xəbər verir ki, o, 17 yaş 68 günündə bu uğura imza atıb.
Qeyd edək ki, rekord hələ də "Barselona"nın digər cinah oyunçusu Ansu Fatiyə məxsusdur. Fati 2019-cu il dekabrın 10-da "İnter"lə keçirilən matçda 17 yaş 40 gündə qol vuraraq bu rekordu qazanıb (1:2).