azia.az
azia.az

Çempionlar Liqası: 1/4-in ilk iştirakçıları müəyyənləşir - YENİLƏNİR

7-03-2023, 11:54


Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab qarşılaşmaları start götürəcək.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək.
Başqa sözlə, bu gün 1/4 finalın ilk iştirakçıları müəyyənləşəcək.

İngiltərədə "Çelsi" ilə Almaniyanın "Borussiya" (Dortmund) komandaları üz üzə gələcək. Dortmunddakı ilk oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar.

Digər qarşılaşmada isə "Benfika" Portuqaliyada Belçika "Brügge"sini qəbul edəcək. İlk görüşdə Lissabon təmsilçisi rəqibini məğlub edib - 2:0.

Qeyd edək ki, 1/8 finalın digər cavab oyunları martın 8-i, 14-ü və 15-də keçiriləcək.

UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
7 mart

00:00. "Çelsi" (İngiltərə) - "Borussiya" Dortmund (Almaniya)
Baş hakim: Denni Makkeli (Niderland)
İlk oyun - 0:1
London, "Stemford Bric" stadionu

00:00. "Benfika" (Portuqaliya) - "Brügge" (Belçika)
Baş hakim: Halil Umut Meler (Türkiyə)
İlk oyun - 2:0
Lissabon, "Eştadiu du Benfika" stadionu

.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi