azia.az
azia.az

Avropa Liqası: Bu gün yarımfinal mərhələsinin iştirakçıları bəlli olacaq

14-04-2022, 07:59


UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. "Report"un məlumatına görə, bütün görüşlər eyni gündə baş tutacaq.
Avropa Liqası: Bu gün yarımfinal mərhələsinin iştirakçıları bəlli olacaq
Gecənin ilk matçı İtaliyada "Atalanta" və Almaniya "Leyptsiq"i arasında olacaq. İlk qarşılaşmada qalib müəyyənləşməyib.

İspaniya "Barselona" evdə Almaniyanın "Ayntraxt" klubunu qəbul edəcək. Frankfurtdakı görüşdə heç-heçə qeydə alınıb.

İngiltərə "Vest Hem"i Fransada "Lion"un qonağı olacaq. Bu komandaların da ilk dueli bərabərliklə başa çatıb. Portuqaliya "Braqa"sı isə Şotlandiya "Reyncers"lə üz-üzə gələcək. Qonaqlar evdəki matçda minimal hesablı qələbə qazanıb.

Avropa Liqası, 1/4 final

Cavab oyunları

14 aprel

20:45. "Atalanta" (İtaliya) - "Leyptsiq" (Almaniya)

İlk oyun - 1:1

23:00. "Barselona" (İspaniya) - "Ayntraxt" (Almaniya)

İlk oyun - 1:1

23:00. "Lion" (Fransa) - "Vest Hem" (İngiltərə)

İlk oyun - 1:1

23:00. "Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya)

İlk oyun - 0:1


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi