azia.az
azia.az

Çempionlar Liqasının püşkatması yenidən keçiriləcək

13-12-2021, 17:23

Çempionlar Liqasının püşkatması yenidən keçiriləcək
Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü təkrarlana bilər.

Offsideplus.az-ın məlumatına görə, mərasim zamanı səhvə yol verilib.

Belə ki, bugünkü tədbirin təşkilatçıları İngiltərə klubları “Mançester Yunayted”lə “Liverpul”un yer aldığı şarları səhv salıb. Bu üzdən püşkatma ərzində xətalar bir-birini sıralayıb. “Vilyarreal”ın mümkün rəqibləri sırasına qrupda üz-üzə gəldiyi “Mançester Yunayted”in adı olub. Əvəzində İspaniya klubunun potensial rəqibləri arasında İngiltərənin digər təmsilçisi “Liverpul” olmayıb. Həmçinin “Atletiko”nun mümkün rəqibləri arasına qrupda birgə mübarizə apardığı “Liverpul”un şarı qoyulubsa, “Mançester Yunayted”ın adı yer almayıb.

Bu səbəbdən də "Vilyarreal", "Atletiko", "Liverpul" rəhbərləri nəticələrin ləğvini tələb ediblər. Bu səbəbdən də püşkatma bugün saat 18.00-da yenidən keçiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi