Türkiyə Rusiya ilə oynayacaq, dünya və Avropa çempionları bir-birini sınağa çəkəcək
Sabah Millətlər Liqasında III tura start veriləcək.
Apasport.az saytının məlumatına görə, iki gün ərzində 4 liqanın ümumilikdə 14 qrupunda 27 qarşılaşma baş tutacaq.
Bu görüşlərlə I dövrəyə yekun vurulacaq. Azərbaycan yığması səfərdə C liqasının 1-ci qrupunun lideri Monteneqro ilə qarşılaşacaq.
Qonşu Türkiyə millisini də çətin sınaq gözləyir. Şenol Günəşin yetirmələri B liqasının 3-cü qrupunun lideri ilə üz-üzə gələcək. “Ay-ulduzlular” Rusiyanın qonağı olacaq.
A liqasına iddiasını qorumaq üçün türkiyəlilər mütləq qələbə qazanmalıdır. Qonaqlar xal itkisi ilə üzləşsə, 1-ci yer şansını minimuma endirəcək və daha çox B liqasında qalmaq uğrunda mübarizə aparacaq.
Dövrənin son turunda güclülərin yer aldığı A liqasında da bir sıra maraqlı görüşlər keçiriləcək. İngiltərə - Belçika matçı böyük maraqla gözlənilir.
Turun oyunu isə son dünya çempionu Fransa və son Avropa çempionu Portuqaliya arasında keçiriləcək. İlk iki turda qələbələri sıralayan rəqiblər “üçrənglilər”in meydanında görüşəcək.
Millətlər Liqası
III tur
10 oktyabr
A liqası
4-cü qrup
22:45. Ukrayna – Almaniya
22:45. İspaniya – İsveçrə