Salyanda özünü çaya atmış müəllimənin cəsədi tapıldı
Ötən gün özünü evlərinin yaxınlığından keçən körpüdən Akkuşa çayına atmış Salyan rayonunun Seyidsadıqlı kənd sakini, 35 yaşlı Aysel Dadaşovanın cəsədi tapılıb.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, cəsəd qadının özünü çaya atdığı yerdən 7 km aralıda, rayonun Qızılağac kəndi ərazisində suyun üzərinə çıxdığı üçün aşkar olunaraq FHN-nin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Mərhumun ağır xəstəlikdən əziyyət çəlkdiyi bildirilir. Yoldaşının isə Bakıda tikintilərdən birində rəngsaz işlədiyi, hadisə vaxtı isə işdə olduğu xəbəri verilir.
Faktla bağlı araşdırma aparılır.