azia.az
azia.az

İş adamı DİN-nə şikayət etdi

14-04-2017, 15:57

İş adamı DİN-nə şikayət etdi

Azərbaycan Respublikasının daxili işlər naziri cənab Ramil Usubova
Şirvan şəhərində sahibkarlıqla məşqul olan Həşimov İsmayıl Əli oğlu tərəfindən


MÜRACİƏT


Hörmətli Cənab nazir Ramil Usubov.

Mən Şirvan şəhərində 2 mərtəbəli ticarət mərkəzini icarəyə götürüb sahibkarlıq fəaliyyəti ilə məşqulam. 35 nəfər ailənin dolanışıqı üçün iş yeri açmışam. 2- gündir həmin abyektin 2-ci mərtəbəsində ən müasir səviyyədə restaran açmışam . Şirvan şəhərinin polis şöbəsinin mənə min-bir bəhanə ilə ilişib pul almaq istəyirlər . Yaxın dostum Xalid polisə işləyən qızı öyrədib tora salıblar ki, mənim üzümə dürğuzsunlar pul alsınlar. Deməli Xalid adlı dostum polisin öyrədib göndərdiyi qızın toruna düşüb. Necə ki, həmin qız Şirvanda polisin əli ilə çox adamı ilişdirib pulunu alıb buraxıblar. Xalid və qızı əməliyyatçılar polis şöbəsində aparandan sonra şöbənin əməliyyatçısı Tural Mustafayev mənə zəng vurub kobud şəkildə, hədə qorxu gələrək təkid elədiki polis şöbəsinə gəl .

Mən polis şöbəsinə nə üçün çağrıldığımı soruşanda dedi ki, elə etmə gəlib səni hörmətsizcəsinə sürüyüb gətirim şöbəyə. Məni polisə aparmaq üçün əməliyyat üzrə müavinin sürücüsü Anar və Fərid adlı əməliyyatçı gəldilər ki, Tural müəllim səni çağırır . Fərid mənə dedi ki, bizimlə gedməsən səninçin yaxşı olmayacaq. Sən Şirvanda işləyə bilməyəcəksən. Polislərin mənim dalımcan gəlib aparmaq istəmələri restaranın nəzarət kameralarına düşüb. Mən elə bunların yanından 102 xidmətinə zəng vurub bu barədə məlumat verdim. Tural polis şöbəsində dostuma və dayısına deyib ki, ged İsmayıldan iki min Azərbaycan manatı ( 2.000 ) gətir rəis istəyir. Həmin saxladıqları dostumu buraxdılar və 2 gün möhlət veriblır ki , ged pil gətir. 2.000 manatdan 1.000 manata düşüblər. Səhər uşaqın son günüdür pulu Turala Çatdırmalıdır.

Cənab Nazır . Mən ölkə prezidentimizin İlham Əliyevin sahibkarlığı inkişaf etdirin, yeni iş yuerləri açsın çağrışına Rusiyadan durub yığışıb gəlmişəm. Mən indi neynəyim bir yol göstərin. Əyər Şirvan polislərinin şər, böhtanı mənə qarşı durmayacaqsa mən çıxıb Rusiyaya gedəcəm və 35 nəfər insan Tural kimi polisin ücbatından çörəysiz qalıb dövlətdən narazı qalacaqlar. Çünki siz Azərbaycan dövlətinə hər zaman dayaq olub ölkə başçımız İlham Əliyevə sadiqliok nümayiş etdirmisiniz. Sizdən bir sahibkar kimi son dərəcədə xahiş edirəm şikayətim detalları ilə araşdırılmasına göstəriş verəsiniz. Günahkarlar cəzalarını alsınlar ki, mənim kimi sahibkarlara əngəl türətməyi ağıllarına belə gətirməsinıər...
(operativxebere istinaden)

Əlaqə: 055-300-30-32


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi