azia.az
azia.az

Azərbaycanda FACİƏVİ QƏZA: İcra hakimiyyətinin maşını velosipedçinin üstündən keçdi – ÖLƏN VAR

29-10-2018, 14:05

Azərbaycanda FACİƏVİ QƏZA: İcra hakimiyyətinin maşını velosipedçinin üstündən keçdi – ÖLƏN VAR

Azia.az -ın məlumatına görə Mingəçevirdə dəhşətli yol qəzası baş verib.

Energetika küçəsində şəhər icra hakimiyyətinin balansında olan və məişət tullantılarının toplanması üçün istifadə edilən "JAK" markalı, 90 JA 151 dövlət qeydiyyat nişanlı yükdaşıma texnikası velosipedçini vurub. Belə ki, Mübariz Atayev idarə etdiyi yük maşını ilə onunla eyni istiqamətdə velosipedlə irəliləyən 1949-cu il təvəllüdlü Saat Mikayılovu kənara sıxıb. Nəticədə velosiped aşıb və 69 yaşlı S.Mikayılov yük maşınının təkərinin altında qalıb. O, aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı Mingəçevir şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi