azia.az
azia.az

Prokurorluq əməkdaşı TUTULDU - Kişini həbsdən çıxaracağını deyib, rüşvət aldı

10-10-2018, 17:23

Prokurorluq əməkdaşı TUTULDU - Kişini həbsdən çıxaracağını deyib, rüşvət aldı

Bakı şəhər Prokurorluğunun dəftərxana şöbəsinin əməkdaşı Elçin Qurbanov barəsində cinayət başlanıb.

Azia.az report-a istinadən xəbər verir ki, o, dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirli bilinir.

Belə ki, E.Qurbanov bir neçə tanışı ilə birgə Bakı şəhər sakininin atasını həbsdən azad edəcəyi vədini verərək ondan pul alıb. Lakin sonradan həmin şəxslər verdikləri vədə əməl etməyib. Vətəndaşın şikayəti əsasında E.Qurbanov və digər şəxslər saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 312-ci (rüşvət vermə) maddələri ittiham irəli sürülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi