azia.az
azia.az

Metroda azyaşlı uşaq yıxıldı-TƏCİLİ

Bu gün, 19:23

Bakıda metronun “Əcəmi” stansiyasında xoşagəlməz hadisə baş verib. Hadisə şahidlərinin sözlərinə görə, sərnişinlərin eskalatordan istifadə etdiyi vaxt qurğu qəfil dayanıb.

Xəbər verilir ki, nəticədə eskalatorda olan azyaşlı uşaq müvazinətini itirərək yıxılıb və başını eskalatora vurub. Xoşbəxtlikdən, hadisə zamanı ciddi xəsarət alan olmayıb.

Qəfil nasazlıq sərnişinlər arasında qısa müddətli təşvişə səbəb olub. Bir neçə dəqiqə ərzində stansiyada olan insanlar panika və həyəcan yaşayıblar. Daha sonra vəziyyət nəzarətə götürülüb və hərəkət bərpa olunub. Bakivaxti.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi