<!--MBegin:http://azia.az/uploads/posts/2017-06/1498138549_1494582897-7729.jpeg|-->
<!--MEnd-->
Bu gün Binəqədi rayonu ərazisində maraqlı hadisə baş verib. azia.az Lent.az-a istinadən xəbər verir ki, saat 08:25 radələrində Bakı-Sumqayıt elektrik qatarı Biləcəri stansiyası yaxınlığında hərəkətdə olarkən maşınistlər 10-12 yaşlı uşağın qəfil qatarın qarşısına çıxdığını görüblər.
Lakin onlar qatarın uşağı vurmasına mane ola bilməyiblər. Bununla belə maşınistlər qatarı saxlayıblar və reys təxminən 5 dəqiqə gecikmə ilə yerinə yetirilib.
Maraqlıdır ki, qatar uşağı vurandan sonra maşınistlər düşərək ona kömək etməyə çalışıb. Bu zaman şəxsiyyəti məlum olmayan həmin oğlan qaçaraq uzaqlaşıb.
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsindən bildirilib ki, hadisədən xəbərdardırlar, lakin uşağı tapa bilməyiblər.